Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
ANmedia.az xəbər verir ki, yarışın onuncu günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.
Ölkə təmsilçiləri atıcılıq, badminton və çimərlik futbolunda qüvvələrini sınayacaqlar.
Atıcılıq
11:00. Kişilər (25 metr məsafəyə tapança ilə sürətli atəş açma, təsnifat mərhələsi, 1-ci gün): Ruslan Lunyov
11:00. Qadınlar (Trap, təsnifat mərhələsi, 1-ci gün): Ülviyyə Eyvazova, Aydan Camalova
Badminton
13:00. Kişilər (fərdi, 1/8 final): Edi Reski Dviçayo – Kalle Kolyonen (Finlandiya)
13:00. Qadınlar (fərdi, 1/8 final): Keyşa Fatime Zəhra – Jenjira Stadelmann (İsveçrə)
Çimərlik futbolu
18:00. Kişilər. A qrupu, III tur: Azərbaycan - İspaniya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin