Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.
ANmedia.az xəbər verir ki, İngiltərə Premyer Liqasında mövsümə yekun vurulacaq. Son tur bürünc medalçını, Konfrans Liqasına vəsiqənin sahibini və elita ilə vidalaşacaq iki komandanı müəyyənləşdirəcək.
Hazırda 3-cü pillədə qərarlaşan “Mançester Yunayted” öz meydanında “Fulhem”ə qalib gəlsə, bürünc medalları qazanacaq. “Çelsi”nin qonağı olacaq “Nyukasl” isə həm özü qələbə qazanmalı, həm də “qırmızı şeytanlar”ın məğlubiyyətinə ümid etməlidir.
Konfrans Liqasına vəsiqə uğrunda yarışan “Tottenhem” “Lids”in qonağı olacaq. Ev sahibi qalib gələrək, Premyer Liqada mövqeyini qorumağa çalışacaq. “Tottenhem” isə qalib gəlməklə “Aston Villa”nı geridə qoyub 6-ci pilləyə yüksəlmək istəyir. “Aston Villa” isə “Brayton”u qəbul edəcək.
Çempionluğu daha əvvəl rəsmiləşdirmiş “Mançester Siti” “Brentford”un qonağı olacaq. Gümüş mükafatçı “Arsenal” “Vulverhempton”u qəbul edəcək. Çempionlar Liqasından kənar qalan “Liverpul” “Sauthempton”un qonağı olacaq. Bütün oyunlar saat 19:30-da (Matçların saatı Bakı vaxtı ilə göstərilib - red.) start götürəcək.
İtaliya A Seriyasında çempion “Napoli” “Bolonya”nın qonağı olacaq. Qarşılaşma 17:00-da başlayacaq. Mərkəzi matç “Yuventus”la “Milan” arasında keçiriləcək. Turin klubunun meydanında təşkil olunacaq görüş saat 22:45-dı start götürəcək.
İspaniya La Liqasında çempion “Barselona” “Malyorka”nı sınağa çəkəcək. İkinci yer uğrunda mübarizəni davam etdirən “Atletiko” “Real Sosyedad”ı qəbul edəcək. Hər iki görüş saat 21:00-da başlayacaq.
Avropada günün maraqlı futbol qarşılaşmaları
28 may
İngiltərə Premyer Liqası
19:30. “Mançester Yunayted” - “Fulhem”
19:30. “Çelsi” - “Nyukasl”
19:30. “Lids” - “Tottenhem”
19:30. “Aston Villa” - “Brayton”
19:30. “Brentford” - “Mançester Siti”
19:30. “Arsenal” - “Vulverhempton”
19:30. “Sauthempton” - “Liverpul”
İtaliya A Seriyası
17:00. “Bolonya” - “Napoli”
22:45. “Yuventus” - “Milan”
İspaniya La Liqası
21:00. “Barselona” - “Malyorka”
21:00. “Atletiko” - “Real Sosyedad”
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin