Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirinin ikinci yarış günü keçirilir.
ANmedia.az xəbər verir ki, bu gün 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında -73 kq. çəkidə Rəşid Məmmədəliyev və Nurlan Osmanov, -81 kq. çəkidə Zelim Tçkayev tatamiyə çıxacaq. Rəşid Məmmədəliyev 1/32 finalda Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək. Nurlan Osmanov 1/32 finalda Telmo Qomeşlə (Portuqaliya) üz-üzə gələcək. Zelim Tçkayev isə mübarizəyə 1/16 finaldan başlayacaq. O, mu raundda Leon Tsilikin (Avstriya) - Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin