
Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.
ANmedia.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda İspaniya təmsilçisi David Qarsiya Torne ilə üz-üzə gələcək.
60 kq-dakı Nazir Talıov bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukla, qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva ispan Ariane Toro Solerlə görüşəcək.
Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), və Finan Əlizadə (57 kq) mübarizəni dayandırıb.
Qeyd edək ki, Qran-pri mayın 27-də başa çatacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








