
“Bakı Marafonunda əvvəlcə küləyə, sonra rəqiblərinə qalib gəlməlisən”.
Bunu 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-a açıqlamasında “Bakı Marafonu 2023”ün kişilər arasında qalibi Boqdan Simonoviç deyib.
Ukraynalı idmançı bildirib ki, ilk dəfə bu yarışda iştirak edir:
“Rəqabət çox yüksəkdir, yarışın marşrutu xeyli çətindir. Hava da küləklidir, amma nəzərə alaq ki, yarışın şüarı da məhz “Küləyə qalib gəl”dir”.
Qalib bildirib ki, yekunda küləyin təsirini öz xeyrinə çevirib:
“Təxminən 11 kilometr hamı eyni səviyyədə qaçırdı, amma sonradan mən küləyin çətinliyini öz lehimə çevirdim və yekunda qalib gəldim”.
Faiq Tahirov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








