
AVRO-2024-ün final mərhələsinin püşkatma mərasiminin vaxtı bəlli olub.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 "report"a istinadən xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 47-ci Konqresi zamanı mətbuat konfransında açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, tədbir bu il dekabrın 2-də baş tutacaq.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada təşkil olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








