Aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blits növü üzrə Qazaxıstan komandası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Azərbaycan Şahmat Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.
FIDE tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə də dəvət olunub. Həmyerlimizlə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin