Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-n məlumatına görə, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.
Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək.
81 kiloqramdakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib.
73 kiloqramda Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.
Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin