AVRO-2024-ün seçmə mərhələsində İsveç millisi ilə qarşılaşacaq Azərbaycan yığması artıq bu ölkədədir.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir ki, AFFA rəhbərliyi və milli komandanın baş məşqçisini paytaxt Stokholmda Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov və bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri qarşılayıblar.
Səfir baş tutan görüşdə Azərbaycan millisinə İsveç yığması ilə oyunda və digər matçlarda uğurlar arzulayıb.
Qeyd edək ki, martın 27-də Stokholmun Solna bölgəsindəki “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin