
“Səbail” Türkiyədə keçirdiyi təlim-məşq toplanışındakı son oyununda məğlub olub.
ANmedia.azın məlumatına görə, Premyer Liqanın autsayderi Serbiya təmsilçisi “Spartak”a yenilib.
Serbiyalıların ilk dəqiqələrdə vurduqları qol qarşılaşmada yeganə olub. Nəticədə Şahin Diniyevin kollektivi meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Beləliklə, “Səbail” avqustun 3-də yollandığı Antalya hazırlığını tamamlayıb. Orada olduğu müddətdə “Legiya” (Polşa – 2:2) və “Bohemians”la (Çexiya – 0:0) heç-heçə edən qəsəbə təmsilçisi yanvarın 17-də Bakıya qayıdacaq.
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








