Azərbaycan Premyer Liqasının 3 komandası yanvarın 4-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-ın məlumatına görə, “Qarabağ”, “Neftçi” və “Qəbələ” qış hazırlığını Antalyada keçirəcəklər.
Ayın 23-dək qonşu ölkədə qalacaq “Qarabağ” üç yoxlama görüşü keçirəcək. Yanvarın 15-də “Poqon”u (Polşa) sınaqdan keçirəcək Premyer Liqanın lideri üç gün sonra iki matçda iştirak edəcək. Rəqiblər “Çukariçki” (Serbiya) və “Rakuv” (Polşa) olacaq.
Ötən mövsümün gümüş mükafatçısı “Neftçi” yanvarın 20-dək məskunlaşacağı Belek bölgəsində 4 qarşılaşma keçirməyi planlaşdırır. İlk oyun yanvarın 10-da “Vaşaş”a (Macarıstan) qarşı baş tutacaq. Beş gün sonra müvafiq olaraq “Medz Leqnisa” (Polşa) və “Baçka Topola” (Serbiya) ilə üz-üzə gələcək “ağ-qaralar” toplanışı ayın 19-da Serbiya təmsilçisi “Srvena Zvezda”ya qarşı matçla yekunlaşdıracaqlar.
Yanvarın 17-dək Türkiyə hazırlaşacaq “Qəbələ” isə iki oyunda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” əvvəlcə ayın 12-də “Sepsi” (Rumıniya), bundan dörd gün sonra isə “Teplitse” (Çexiya) ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Premyer Liqanın iki klubu “Zirə” və “Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə gediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin