Bu gün Azərbaycanın daha 12 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “Report”a istinadən xəbər verir ki , 73 kq çəki dərəcəsində Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev və Vüsal Qələndərzadə tatamiyə çıxacaqlar.
81 kq-da Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev və Ömər Rəcəbli medal qazanmağa çalışacaqlar.
Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı ilə Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva və Günel Həsənli qüvvələrini sınayacaqlar.
Böyük Dəbilqə
73 kq
Rüstəm Orucov - Ertur Turdubayev (Qırğızıstan) / Keysei Nakano (Filippin) cütünün qalibi
Hidayət Heydərov - Marçin Kovalski (Polşa)
Telman Vəliyev - Daniyar Şamşayev (Qazaxıstan)
Vüsal Qələndərzadə - Abubakr Şerov (Tacikistan)
81 kq
Səid Mollayi - Alfonso Urquiza (İspaniya)
Elcan Hacıyev - Cakomo Qamba (İtaliya)
Zelim Tçkayev - Mustafa Hebib (Bosniya və Herseqovina)
Ömər Rəcəbli - Attila Unqvari (Macarıstan)
63 kq
Aytac Qardaşxanlı - Samalay Yergaliyeva (Qazaxıstan)
Nərgiz Hacıyeva - Habibe Afyonlu (Türkiyə)
70 kq
Südabə Ağayeva - Martina Espozito (İtaliya)
Günel Həsənli - Luisa Bonilla (Kolumbiya)
Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin