Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasında keçirilən “Eurotalents Development Camp” turnirdə gümüş medal qazanıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Oxu.Az-a istinadən xəbər verir ki, finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin