UEFA Azərbaycan Premyer Liqasında çıxış edən yeddi kluba ümumilikdə 519 578 avro ödəniş edib.
AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib.
Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
“Qarabağ”a 157 337 avro, “Sabah”a 106 111 avro, “Sumqayıt”a 98 793 avro, “Şamaxı”ya 73180 avro, “Neftçi”yə 58 544 avro, “Zirə”yə 21 954 avro, “Səbail”ə isə 3 659 avro ödənilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin