𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Neftçi"ni qəbul edib.
Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Eddi İsrafilov başla fərqlənərək qonaqları önə keçirib. İlk hissə "ağ-qaralar"ın üstünlüyü ilə başa çatıb. İkinci yarıya Ağdam təmsilçisi daha fəal başlayıb. 56-cı dəqiqədə Kadi Borges hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Abdullah Zubir qonaqları növbəti dəfə mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kvabena Ovusu üçüncü qolu vurub. Nəticədə “Qarabağ” rəqibini 3-1 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Qarabağ" vahid lider olub. "Neftçi" 18 xalla ikinci sırada qərarlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin