Futbol üzrə Çempionlar Liqasının II turunda Şotlandiya “Reyncers”i ilə İtaliyanın “Napoli” klubları arasında keçiriləcək oyun Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyada milli matəm elan olunduğu üçün sentyabrın 13-dən 14-nə keçirilib.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Həmçinin “Napoli” azarkeşlərinin Qlazqo matçına, “Reyncers” azarkeşlərinin isə Neapoldakı cavab oyununa buraxılmaması qərara alınıb.
Qeyd edək ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Monarxın ölümü səbəbilə Böyük Britaniyada sentyabrın 9-dan 10 günlük matəm elan edilib.
Mənbə: TASS
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin