𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında mundialda ölkəmizi 4 idmançı təmsil edib.
Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) uğurlu çıxış ediblər. Belə ki, güləşçilərimiz bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
Beləliklə, maksimum nəticəyə imza atan yığmamız 100 xalla komanda hesabında dünya çempionu olub. Moldova 61 xalla ikinci, Fransa isə 48 xalla üçüncü yeri tutub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin