
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib.
ANmedia.az “Report”un məlumatına istinadən bildirir ki, “köhlən atlar” avqustun 26-da gerçəkləşəcək püşkatma mərasimində ikinci səbətdə yer alacaq.
İndiyədək birinci səbətdəki səkkiz klubdan yeddisinin adına aydınlıq gəlib. Bunlar “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), “Dinamo” (Kiyev, Ukrayna), “Srvena Zvezda” (Serbiya) komandalarıdır.
Hələlik üçüncü səbətdə Almaniyanın “Union” (Berlin) və “Frayburq”, dördüncü səbətdə isə Belçika “Yunion”u ilə Türkiyə “Trabzonspor”unun olacağı dəqiqdir.
PSV (Niderland), “Renn” (Fransa), “Monako” (Fransa) və “Real Sosyedad” (İspaniya) II səbətdə yer alacaq və “Qarabağ”la düşməyəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








