Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.ANmedia.az xəbər verir ki, 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub.
İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








