İlin ən yaxşı gənc futbolçusu seçilən Raymon Kop kubokuna namizədlərin adları açıqlanıb.
Mükafat 2018-ci ildən “France Football” tərəfindən təqdim edilir. 21 yaşdan kiçik oyunçular üçün nəzərdə tutulur.
Bu ilin ən yaxşı on namizədi aşağıdakılardır:
Kərim Adeyemi (“Zalsburq”/Borussiya, Almaniya)
Cud Bellinqem (“Borussiya”, İngiltərə)
Eduardo Kamavinqa (“Real” Madrid, Fransa)
Qavi (“Barselona”, İspaniya)
Rayan Qravenberx (“Ayaks”/Bavariya, Niderland)
Nunu Mendeş (PSJ, Portuqaliya)
Camal Musiala (“Bavariya”, Almaniya)
Yoşko Qvardiol (“Leypsiq”, Xorvatiya)
Bukayo Saka (“Arsenal”, İngiltərə)
Florian Virts (“Bayer”, Almaniya).
Qalib oktyabrın 17-də “Qızıl top” mükafatının təntənəli təqdimetmə mərasimində elan olunacaq.
Mənbə: Sports.ru
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin