 Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.ANmedia.az xəbər verir ki, son oyun günündə də 5 görüş keçiriləcək.
Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu “Qarabağ” Macarıstan “Ferentsvaroş”unu, Norveçin “Budyo Qlimt” komandası Litva “Jalgiris”ni sınağa çəkəcək.
Bundan başqa, Hayfa “Makkabi”si İsraildə Kipr “Apollon”u, Kiyev “Dinamo”su Polşada Avstriyanın “Şturm” klubu, “Srvena Zvezda” isə Serbiyada Ermənistan “Pünik”i ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
3 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Ferentsvaroş” (Macarıstan)
20:00. “Budyo Qlimt” (Norveç) - “Jalgiris” (Litva)
21:00. “Makkabi” (Hayfa, İsrail) - “Apollon” (Kipr)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya)
22:45. “Srvena Zvezda” (Serbiya) - “Pünik” (Ermənistan)
Qeyd edək ki, bu mərhələnin cavab oyunları avqustun 9-da oynanılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








