
"Kəpəz" Premyer Liqaya hazırlıqla əlaqədar yoxlama oyunları keçirəcək.
Anmedia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəqiblərdən ikisi artıq məlumdur.
Gəncə təmsilçisi iyulun 10-da "Səbail", iyulun 14-də "Sumqayıt" ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunda olacaq. Digər matç isə Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin