UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.
Anmedia.az Report-a istinadən xəbər verir ki,bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib. Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru "Qazprom"un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, "Stad de Frans"da təşkil olunacaq.
Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin