
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
ANmedia.az xəbər verir ki, hadisə şəhərin Azadlıq küçəsində baş verib. BAIC-A115 markalı, 99-UT-369 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və aşıb.
Qəza nəticəsində xəsarət alan Asim Rasim oğlu Nağıyev və Ceyran Abdulla qızı Nağıyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırmalar davam edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








