
Bakıda Pakistan vətəndaşı itkin düşüb.
Anmedia Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 31-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Pakistan vətəndaşı, 1982-ci il təvəllüdlü Mahmud Nasir Asif Muhammad oğlu yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı onunla eyni ünvanda yaşayan həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








