
Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib.
Anmedia.az xəbər verir ki, hadisə gecə saatlarında, rayonun Aran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən orada gördüyü naməlum əşyaya toxunub.
O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ.Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən İ.Mikayılov əslən Kəlbəcərin Geşdək kəndindəndir. O, ailəsi ilə birlikdə Goranboyda məcburi köçkünlər üçün salınan şəhərcikdə məskunlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








