İyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
ANmedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq məqsədilə silah tətbiq edilib. Sərhəd pozucuları üzərindəki bağlamaları atıb, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Ərazidə aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kq 760 qram narkotik vasitə (10 kq 705 qram marixuana, 2 kq 55 qram tiryək) aşkar olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin