Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 500 kvadratmetr sahədə quru ot yanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürülərək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.
Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib.
E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.
Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin