NASA-nın Qırmızı Planetə tədqiqat missiyası zamanı göl kraterində Marsın səthindən fərqlənən qeyri-adi torpaq qatları aşkar edilib.
Qayaların təhlili zamanı bu tapıntıların vulkan mənşəli daşlar olduğu aşkarlanıb. Onların bəziləri yer üzündə ən çox yayılmış minerallardan biri olan, yuxarı mantiyada bol görünən olivininin kiçik yaşıl kristalları ilə zəngindir. Bu yaşıl kristalların qırıntılarına əsasən Havay çimərliklərində çox rast gəlinir. Mars tapıntılarının yaşı təxminən 3,7 milyard ilə dayanır.
Günel Şəmilzadə
Mənbə: Nasa.gov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin