Günəş sisteminin dərinliklərində kiçik bir "Ay" kəşf edilib.
ANmedia.azBgr.com saytına istinadən məlumat verir ki, NASA asteroidləri araşdırmaq üçün kosmosa buraxdığı Lucy zondunun köməyi ilə maraqlı kəşf tapdığını açıqlayıb. Müvafiq olaraq, tədqiqatçılar asteroidin ətrafında fırlanan 4,8 kilometr enində "mini-ay" tapıblar.ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) qalaktikamızın dərinliklərində alətlər və teleskoplarla kosmik tədqiqatlarını davam etdirir. Bu yaxınlarda agentlik planetimizdən 5 dəfə böyük və 100 işıq ili uzaqlıqda okeanla örtülü planet kəşf etdiyini açıqlamışdı. İndi isə yeni kəşfin edildiyi açıqlanıb.
NASA keçən ilin oktyabr ayında asteroidləri araşdırmaq üçün göndərilən Lucy kosmik zondunun köməyi ilə günəş sisteminin kənarında bir peyk kəşf etdiklərini açıqladı. Bu obyektin əsas xüsusiyyəti onun kifayət qədər kiçik olmasıdı.
Tədqiqatçılar bildirirlər ki, uzaq məsafədən aparılan müşahidələr nəticəsində bu kiçik Ayın varlığını tam təsdiqləmək mümkün deyil. Bu səbəbdən, Lucy vasitəsinin 2027-ci ildə asteroidə yaxınlaşmasının gözlənilməli olduğu bildirilir. Bəxtimiz gətirsə, o da qeyd olunur ki, asteroid başqa bir ulduzun qarşısından keçərsə, peykin yeni müşahidələri aparıla bilər.
Günel Şəmilzadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin