Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kolonlarla əraziyə daxil olub.ANmedia.az bu barədə APA-ya "AzərEnerji"dən verilən xəbərə istinadən bildirir ki, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır.
"Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb", - deyə "AzərEnerji"dən əlavə ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin