
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyanın işğalına qarşı sona qədər mübarizə aparacağını və heç bir güzəştə getməyəcəyinə bəyan edib.
ANmedia.az xəbər verir ki, bu barədə Prezident Zelenski Ukraynanın Müstəqillik Günü ilə bağlı videomüraciətində deyib.
“Sizin necə bir orduya sahib olmanızı önəmsəmirik, bizi yalnız öz torpağımız maraqlandırır. Biz bunun üçün sonuna qədər savaşacağıq”, – Zelenski videomüraciətində bildirib.
"Altı aydır ki, güclü dayanmışıq. Çətindir, amma biz yumruqlarımızı sıxmışıq və taleyimiz üçün mübarizə aparırıq. Hər yeni gün təslim olmamaq üçün bir səbəbdir. Bu qədər uzun yoldan sonra sona qədər getməməyə haqqımız yoxdur", Ukrayna lideri vurğulayıb.
O, Rusiyaya istinad edərək əlavə edib: “Biz terrorçularla anlaşmaya çalışmayacağıq. Bizim üçün Ukrayna bütöv Ukraynadır. Bütün 25 bölgə, heç bir güzəşt və ya kompromis olmadan", Prezident Zelenski bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








