"Uzun müddət energetik içkilərin qəbulu mədə-bağırsaq xəstəliklərinin yaranmasına gətirib çıxarır".
ANmedia.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.
O bildirib ki, enerji içkilərinin tərkibindəki kafein mədədə erroziyaların, xoraların əmələ gəlmə ehtimalını yüksəldir:
"Həmçinin enerji içkilərinin tərkibində müxtəlif şəkərli qatqılar var. Bu da öz təsirini göstərir. Hətta enerji içkiləri yoğun bağırsaq (kolon) xərçənginin əmələ gəlməsinin əsas faktorudur. Bundan başqa, həmin içkilər aritmiyalara səbəb olur. Bu, ürək çatışmazlığı və qəfil ölümlərə də gətirib çıxara bilər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin