Quru sərhədlər bağlıdır, aviabiletlərin qiyməti isə bahadır. Buna görə də xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi təklif olunur.ANmedia.az xəbər verir ki, bu təkliflə çıxış edən millət vəkili Ceyhun Məmmədov "Xəzər Xəbər"ə deyib ki, qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir.
Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir.
Millət vəkili hesab edir ki, bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa güzəştlər edilməlidir.
Bundan əlavə, Ceyhun Məmmədov ölkə ərazisində də tələbələrin ictimai nəqliyyatdan istifadəsində güzəştlərin edilməsini təklif edib.
Millət vəkili qeyd olunan təkliflərin tezliklə reallaşdırılacağına ümid etdiyini bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








