Həmin dayanacaqdan keçən 102, 259, 157, 158 və 551 saylı avtobuslara indiyə qədər 1100 manat məbləğində cərimə yazılıb. Bu vəziyyətdə sürücülər orada saxlamadıqları üçün sərnişinlərlə mübahisə etməli olurlar.
Cərimələr ardıcıl olaraq yazıldığına görə, artıq həmin marşrut xətlərinə sözügedən dayanacaqda saxlamamaq tapşırılıb. Bu vəziyyətdə isə sürücülər sərnişinlərlə üz-üzə qalırlar.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildiyi də deyilir. Ancaq hələlik nə yazılan cərimələri silən var, nə də problemi həll edən.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən ərazidə 5.12, yəni avtobuslar üçün nəzərdə tutulan dayanacaq yerini bildirən nişan quraşdırılıb. Buna görə də, həmin ərazi 102, 259, 157 və 158 saylı müntəzəm marşrut xətlərinin dayanacaq məntəqəsi kimi tanınır və təsdiqlənib. Avtobuslar həmin nişandan 1 metr geridə, 15 metr isə irəlidə saxlayıb sərnişin düşürüb-mindirə bilərlər.
Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd edildi ki, həmin şəxslər məsələ ilə bağlı idarəyə müraciət etsinlər. Onların müraciətinə baxılacaq və problemlərinin həlli istiqamətində qanunvericilik çərçivəsində addımlar atılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin