“Son zamanlar qalxanabənzər vəzi xəstəliklərindən əziyyət çəkənlərin sayında artım müşahidə olunur. Əvvəllər bu yaş göstəricisi 40-dan çox idisə, bu gün həmin rəqəm daha da aşağı düşüb”.
Anmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov deyib.
O qeyd edib ki, bu gün üçün qalxanabənzər vəzi xəstəlikləri nəinki 10-15 yaşda, eləcə də 6-7 yaşlı uşaqlarda da qeydə alınır:
“Bu da o deməkdir ki, xəstəlik gəncləşib”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin