
Ukraynada hərbi vəziyyət tətbiq edilib.
Anmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Qeyd edək ki, hazırda Kiyev, Odessa, Kramatorsk, Xarkov, Berdyansk və digər şəhərlərdə partlayış səsləri eşidilir.
X X X
Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı imzaladığı fərmanı təsdiq edib.
Anmedia.az xəbər verir ki, müvafiq qərarın lehinə 335 deputat səs verib. Artıq 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir. Fövqəladə vəziyyət elan edilən ərazilərdə aşağıdakı tədbirlər görüləcək:
xüsusi giriş və çıxış rejimi, habelə hərəkət azadlığının məhdudlaşdırılması (zəruri olduqda);
nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması (zəruri olduqda);
ictimai asayişin və əhalinin və xalq təsərrüfatının həyati fəaliyyətini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;
kütləvi tədbirlər, tətillər qadağandır;
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








