
Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüşün gündəliyi açıqlanıb.
Anmedia.az xarici mediaya istinadən xəbər verir ki, Belarusun xarici işlər naziri Vladimir Makey mətbuat konfransında bildirib ki, iki ölkə liderləri təhlükəsizlik sahəsindəki durum, iqtisadi əməkdaşlıq, Qərb ölkələrinin saksiyalarına qarşı birgə mübarizə və digər məsələləri müzakirə edəcəklər.
“Əslində həmişə olduğu kimi, bu dəfə bütün mövzular müzakirə oluna bilər”, - nazir vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Kreml yaxın vaxtlarda V.Putinlə A.Lukaşenko arasında görüşün olacağını açıqlamışdı. Görüşün dəqiq tarixi isə hələlik məlum deyil.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








