 NATO Baş katibi Yens Stoltenberq Rusiya Müdafiə Nazirliyinin Ukrayna sərhədindəki bəzi hərbi qüvvələrin təlimlərini tamamlayaraq bazalara geri dönməsinə dair məlumatına münasibət bildirib.
NATO Baş katibi Yens Stoltenberq Rusiya Müdafiə Nazirliyinin Ukrayna sərhədindəki bəzi hərbi qüvvələrin təlimlərini tamamlayaraq bazalara geri dönməsinə dair məlumatına münasibət bildirib.Anmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq NATO müdafiə nazirlərinin fevralın 16-17-də keçiriləcək görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, qüvvələrin bir qisminin geri çağırılması hələlik gerçək de-eskalasiyanı nümayiş etdirmir.
Baş katib bildirib ki, Rusiya yalnız canlı qüvvələri geri çəkir, lakin hərbi texnika və avadanlıqlar yerləşdirildiyi yerlərdə qalır: “Bu isə o deməkdir ki Rusiya hərbi qüvvələrinin həmin ərazilərə yenidən qaytarılması qısa müddətdə və asan ola bilər. Biz hərbi qüvvələrin və ağır artilleriyanın geri çəkilməsini görmək istəyirik”.
Stoltenberq vurğulayıb ki, NATO vəziyyəti yaxından izləyir və Rusiyanı həqiqi de-eskalasiyaya çağırır.
O qeyd edib ki, NATO yanvarda Rusiyaya göndərdiyi məktuba cavab almayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








