
Tayvan məsələsi Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında yaxın zaman üçün keçirilməsi planlaşdırılan danışıqların siyasi əsasını təşkil edəcək.
ANmedia.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan məlumat verib.
"Tayvan məsələsi Çinin əsas maraqlarının cövhəri, Çin-ABŞ siyasi münasibətlərinin təməlidir", - deyə o, brifinqdə iki liderin qarşıdan gələn görüşündə Tayvan məsələsinin müzakirə edilməsi ehtimalını şərh edərkən bildirib.
Lin Tszyan qeyd edib ki, ABŞ tərəfi "vahid Çin" prinsipinə və üç birgə kommünikeyə ciddi şəkildə riayət etməli, Ağ Evin əvvəlki administrasiyalarının Tayvan məsələsi üzrə öhdəliklərini yerinə yetirməlidir.
"Bu, həmçinin Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafı üçün zəruri şərtdir", - deyə o vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








