
Niderlandın İctimai Səhiyyə və Ətraf Mühit üzrə Kral İnstitutu (RIVM) "MV Hondius" kruiz gəmisindən təxliyə olunmuş pasiyentlərdən birində hantavirus infeksiyasının olduğunu təsdiqləyib.
ANmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Neymegen şəhərindəki Radbud Universiteti Tibb Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, gəminin keçmiş sərnişinindən götürülmüş hantavirus testinin nəticəsi müsbət çıxıb. Tibb müəssisəsindən bildirilib ki, infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə xəstənin yerləşdiyi şöbədə zəruri izolyasiya tədbirləri görülüb. Beləliklə, "Hondius" laynerində xəstələnən sərnişin və heyət üzvlərinin ümumi sayı 9 nəfərə çatıb.
Bundan əvvəl Niderland hakimiyyəti mayın 6-sı və 7-də iki təxliyə reysi ilə krallığa gətirilən gəminin üç sərnişininin xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. Onlar ölkənin müxtəlif tibb müəssisələrində, o cümlədən Neymegen və Leyden şəhərlərində hospitalizasiya olunublar.
Məlumata görə, "MV Hondius" gəmisinin mayın 10-da Kanar adalarına çatacağı gözlənilir. Daha əvvəl gəmidə 8 nəfərdə hantavirus aşkarlanmışdı. İndiyədək 3 sərnişin, o cümlədən Niderlanddan olan ər-arvad vəfat edib, bir xəstə isə Yohannesburq xəstəxanasında ağır vəziyyətdədir. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün sərnişinlərə kayutları tərk etməmək tapşırılıb. Lakin hantavirusun inkubasiya dövrünün bir neçə həftə davam edə bilməsi yeni yoluxma hallarının operativ aşkar edilməsini çətinləşdirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








