
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-leytenant Məhəmməd Pakpur, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi, müdafiə naziri general-leytenant Əziz Ədliyyə Nəsirzadə və Müdafiə Şurasının katibi Şamani Ədənixin vəfatı ilə bağlı başsağlığı verib.
ANmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Həyatı səmimiyyət və fədakarlıqla dolu olan bu böyük şəxsiyyətlər ölkənin müstəqilliyi və təhlükəsizliyinin müdafiəsində ön sıralarda dayanıblar və nəhayət, şəhidliyin yüksək məqamına nail olmaqla səmimi mübarizələrinin mükafatını alıblar", - deyə başsağlığı mətnində qeyd olunub.
Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








