
İran və ABŞ arasında nüvə proqramı ilə bağlı dolayı danışıqların fevralın 17-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Danışıqlarda Oman vasitəçi qismində çıxış edəcək.
ANmedia.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin "Telegram" kanalında dərc olunmuş bəyanatda bildirilib ki, İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı dolayı danışıqlar fevralın 17-də Omanın vasitəçiliyi ilə keçiriləcək.
Qeyd olunub ki, görüşlərdə İranın nüvə proqramı və problemin həlli üçün mümkün addımlar müzakirə ediləcək.
Xatırladaq ki, İran və ABŞ arasında danışıqların əvvəlki mərhələsi fevralın 6-da Omanda baş tutub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








