
İran Prezidenti Məsud Pezeşkian "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin inkişafına maneə törədən bütün əngəllərin martın sonunadək aradan qaldırılacağına söz verib.
ANmedia.az "Tasnim News Agency"yə istinadən xəbər verir ki, bu nəhəng layihə çərçivəsində Tehran və Moskva İran körfəzi limanlarına birbaşa tranzit keçidi təmin edəcək strateji əhəmiyyətə malik Rəşt-Astara dəmir yolu hissəsini birgə inşa edirlər.
"İran və Rusiya arasındakı münasibətlər olduqca möhkəmdir. Tərəflər arasında çoxsaylı sazişlər imzalanır və uğurla icra olunur. Nəzərdə tutulan dəmir yolu marşrutunun tikilib istifadəyə verilməsi üçün ilin sonunadək (İran təqvimi üzrə ilin sonu 2026-cı il martın 20-nə təsadüf edir - red.) mövcud baryerləri tamamilə aradan qaldıracağıq", - deyə İran prezidenti bildirib.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində 160 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin birgə tikintisinə dair razılaşma imzalayıblar. İran körfəzi limanlarına maneəsiz çıxışı təmin etməyi hədəfləyən bu layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Moskva və Tehran layihələndirmə, tikinti işləri, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








