
“Ukrayna ilə bağlı dialoqda mübahisəli məsələlərin sayını azaltmaq mümkün olub, lakin geriyə həll olunması ən çətin mövzular qalıb”.
ANmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzi aydın olmayan məqamlar var. Bunlara isə həm Rusiya, həm də Ukrayna üçün məqbul olan saziş şərtlərini tapmağın mümkün olub-olmaması daxildir.
Bununla belə, o, Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına dair səyləri davam etdirəcəklərini vəd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








