
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli növbəti görüşün tarixi məlum olub.
ANmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, ölkələr arasında danışıqların yeni mərhələsi gələn həftə keçiriləcək.
“Danışıqların həqiqətən gələn həftə baş tutacağı ilə bağlı razılıq əldə olunub. Yer və dəqiq tarix barədə sizə məlumat verəcəyik. Lakin həqiqətən, bu, gələn həftə olacaq”, - Kremlin rəsmi nümayəndəsi deyib.
Xatırladaq ki, tərəflər arasında sonuncu üçtərəfli görüş fevralın 5-də Əbu-Dabi şəhərində baş tutmuşdu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








