
Qarşıdakı aylarda Günəş kometa ilə toqquşa bilər.
ANmedia.az-ın xəbərinə görə, bu barədə ABŞ-li geoloq Stefan Berns özünün "X" hesabında proqnoz verib. "Aprel ayında Günəşin nəhəng kometa parçası ilə toqquşması mümkündür", - deyə tədqiqatçı yazıb.
Daha əvvəl başqa ABŞ-li alim Dryu Doss da "C/2026 A1" (MAPS) obyekti ilə toqquşma ehtimalını bildirib və astronomların bundan narahatlıq duyduğunu qeyd edib.
Onun sözlərinə görə, kometa Günəşə çarpılmazdan əvvəl əsl "işıq şousu" yarada bilər və Yer kürəsi sakinləri bu mənzərəni, hətta gündüz işığında belə müşahidə edə bilərlər.
Bundan əlavə, "C/2026 A1" obyektinin ekstsentrisitet göstəriciləri (ikinci dərəcəli əyrinin - ellips, hiperbola və ya parabolanın kənaraçıxma dərəcəsini xarakterizə edən kəmiyyət) onun ulduzlararası kometa ola biləcəyini də göstərir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








