
Böyük Britaniyanın yayım korporasiyası olan BBC büdcəsini 100 milyon funt sterlinq (230 milyon manatdan çox - red.) azaltmaqla xərclərini optimallaşdırmaq niyyətindədir. Bu, işçilərin bir hissəsinin ixtisara düşməsinə səbəb olacaq.
ANmedia.az xəbər verir ki, məlumatı "Financial Times" nəşri vəzifəsini tərk etməyə hazırlaşan korporasiya rəhbəri Tim Deyvinə istinadən yayıb.
Növbəti üç il ərzində isə ümumi büdcənin təxminən 10% azaldılacağı gözlənilir ki, bu da təxminən 200 milyon funt sterlinqə (təxminən 463 milyon manat - red.) bərabərdir.
Martın sonunadək Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ilə vəsait ayrılması barədə razılıq əldə edilməsə, media korporasiyanı ciddi çətinliklər, hətta maliyyələşdirmənin tamamilə dayandırılması riski gözləyir.
Qeyd edək ki, Britaniyada kommunikasiyalar haqqında qanunla tənzimlənən televiziya lisenziyalaşdırma sistemi fəaliyyət göstərir. Vəsaitlərin toplanması və lisenziya ödənişlərinə nəzarət səlahiyyətləri birbaşa BBC-yə həvalə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








