Rusiya ilə Qərb ölkələri arasında yaranmış gərginlik artmaqdadır. "Ukrayna böhranı" adlanan bu hərbi-siyasi gərginlik elə bir həddə çatıb ki, artıq Avropada başlayacaq yeni müharibənin dəqiq tarixi də səsləndirilir.
Anmedia.az azvisiona-a istinadən xəbər verir ki, "Politco" nəşri Abş Prezidenti Co Baydenin bununla bağlı müttəfiqlərini məlumatlandırdığını yazıb. Məqalədə qeyd edilir ki, Vaşinqtonda Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyini düşünürlər.
- ABŞ prezidenti Co Bayden bu məlumatı artıq müttəfiqləri ilə paylaşıb. Mənbəmizin bizə verdiyi məlumata görə, Amerika liderinin Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Polşa və Rumıniya liderləri ilə söhbət etdiyi bildirilir. Müzakirədə NATO-nun baş katibi və Avropa Komissiyasının rəhbəri də iştirak edib.
- ABŞ prezidenti Co Bayden bu məlumatı artıq müttəfiqləri ilə paylaşıb. Mənbəmizin bizə verdiyi məlumata görə, Amerika liderinin Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada, Polşa və Rumıniya liderləri ilə söhbət etdiyi bildirilir. Müzakirədə NATO-nun baş katibi və Avropa Komissiyasının rəhbəri də iştirak edib.
Avropa İttifaqı ölkəsindən olan yüksək rütbəli bir məmur işğalın qaçılmaz olub-olmaması ilə bağlı suala "bunu demək çətindir" dedi. Həmin şəxs onud a qeyd edib ki, “əsas ideya sanksiyalara hazırlaşmaqdır” və “açar rolunu koordinasiya və birliyin olması” oynayır. Mümkündür ki, 16 fevralla bağlı kəşfiyyat məlumatı Birləşmiş Ştatların ümumi təxmini sayılmasın,-məqalədə yazılıb.
Maraqlıdır ki, Rusiya mətbuatında "Politico"nun müharibənin dəqiq tarixi ilə bağlı yaydığı informasiyaya birmənalı yanaşmayıblar. Məsələn, bəzi hərbi saytlar yazırlar ki, əslində heç bir müharibənin başlanma tarixi dəqiqliklə göstərilə bilməz.
- ABŞ fevralın 16-da Rusiyanın guya Ukraynanın işğalını planlaşdırdığı barədə məlumat yayıb. Bundan əvvəl kiberhücumların və hərbi hədəflərə raket hücumlarının olacağı gözlənilir. Eyni zamanda, Avropa İttifaqı mümkün işğala şübhə ilə yanaşır. Avropa liderləri əmindirlər ki, belə bir müharibənin başlaması Rusiya üçün ciddi səhv olardı və onlar Qərbdən cavab tədbirləri görəcəklər.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin