Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 384 701 043 nəfərə çatıb.
Anmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur. Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 699 993 nəfər təşkil edir. Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 75 680 487 nəfərə çatıb, 894 316 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 41 645 128 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 498 053 nəfər ölüb. Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 25 820 745 nəfər virusa yoluxub, onlardan 629 301 nəfəri ölüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin